"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İtaliyada Xocalı soyqırımı münasibətilə “Ağrı” tamaşası nümayiş olunub

25 Fevral 2022 - 16:59
in GÜNDƏM

Xocalı soyqırımının 30-cu ildönümünün anılması çərçivəsində Roma şəhərinin Piazza Spagna Tədbirlər Konqres Mərkəzində “Ağrı” bədii-musiqili tamaşasının nümayişi olub.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən xəbərə görə, Arye və Əmir Qutun həmmüəllifi olduqları, 2018-ci ildə İtaliyada “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən nəşr edilmiş və həmin il İtaliya Senatının Kitabxanasında təqdim edilmiş eyni adlı romanın motivləri əsasında səhnələşdirilmiş “Ağrı” tamaşasının ssenari müəllifi italyan yazıçı Klaudia Di Domenikodur.

İdeya müəllifi və bədii rəhbəri tanınmış italyan musiqiçisi, maestro Pierluici Rucciero və musiqilərin müəllifi bəstəkar, pianoçu Luciano Di Ciandomeniko olan bədii-musiqili tamaşada italyan aktyorlar Edoardo Oliva və Silvia Palma, musiqiçilər Dana Stanku (skripka), Alfonso Ciankaterina (klarnet), Pierluici Rucciero (violonçel), Luciano Di Ciandomenico (piano) iştirak edib, xoreoqrafiya elementləri Katerina Ambrosio tərəfindən ifa edilib.

Tamaşanın çox təsirli süjet xətti iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş günahsız insanların qətliamının dəhşətlərini, acılarını hiss etmək imkanı yaradıb. Musiqi və sözlərin ahəngi, orijinal videoların və səssiz kadrların görüntüsü ilə o dəhşətli gecənin səssiz hekayəsi, sağ qalanların tükürpədici xatirələri, hətta qurbanların belə itirilmiş səslərini bir daha eşitdirmək imkanı verən tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səhnə və tamaşaçılar arasında ahəngli şəkildə Xocalı soyqırımının şəhidlərinin xatirəsinə şamların yandırılmasından ibarət final səhnəsi olduqca təsirli vizual effektlə yanaşı, iştirakçılarda dərin təəssüratlar yaradıb.

Tamaşanın sonunda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tamaşanın ssenarisi və rejissorluğuna görə Klaudiya Di Domenikoya, ideya müəllifi və bədii rəhbərliyə görə Pierluici Ruccieroya, bəstəkarlığa görə Luciano Di Giandomenikoya, eləcə də bütün musiqiçi və aktyor heyətinə təşəkkürünü bildirib.

Tamaşanın ərsəyə gəlməsi tarixi barədə məlumat verən M.Əhmədzadə, bu xüsusda, habelə “Ağrı” romanının həmmüəlliflərindən biri Arye Qutun iştirakı ilə 2018-ci ildə İtaliya Senatının kitabxanasında həmin romanın təqdimatı mərasimini xatırladıb, A.Qutun salamlarını tədbir iştirakçılarına çatdırıb.

Çıxışında Xocalı soyqırımının ağır nəticələrini xatırladan diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində son illərdə İtaliyada görülmüş işlər barədə məlumat verib və İtaliyada Xocalı həqiqətlərinin yayılmasına dəstək göstərmiş hər kəsə təşəkkürünü bildirib.

Vətən müharibəsinin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bölgədə sülhün bərqərar olmasına şərait yarandığını deyən diplomat bunun üçün Ermənistanın 30 illik inkardan sonra Xocalı soyqırımına görə məsuliyyətini etiraf etməli və faciə qurbanlarından üzr istəməli olduğunu bildirib.

Xocalıda baş verənlərə münasibətdə biganəliyin və cəzasızlığın yeni faciələrə yol açmasına gətirib çıxara biləcəyini və buna imkan verməmək üçün bu dəhşətli faciənin 30-cu ildönümü günündə Xocalıya ədalət tələb edən səslərin daha da ucalmasının vacibliyini bildirib. Diplomat əlavə edib ki, bütün beynəlxalq ictimaiyyətin Xocalıda baş verənlərə ədalətli və obyektiv hüquqi-siyasi qiymət verməsi və bu qətliamı soyqırımı kimi tanıması mühüm əhəmiyyət kəsb edir və bu, bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan Xocalı faciəsinə münasibətdə ədalətin bərqərar olması üçün önəmlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Almaniyada Xocalı soyqırımına həsr olunmuş ənənəvi simpozium keçirilib

Next Post

Bağçaların Təhsil Nazirliyinə təhvil verilməsi martda yekunlaşacaq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Bağçaların Təhsil Nazirliyinə təhvil verilməsi martda yekunlaşacaq

Bağçaların Təhsil Nazirliyinə təhvil verilməsi martda yekunlaşacaq

Nazir: “Şagirdlərdən telefonların yığılması müzakirə edilmir”

Qarabağda tikiləcək məktəblərin sayı açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.