Fevralın 22-də il tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalamışlar. Sözügedən Bəyannamə tarixi və siyasi əhəmiyyətə malik müttəfiqlik haqqında hüquqi sənəddir. Bu bəyannamənin imzalanması Azərbaycan Rusiya münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarır. Bəyannamənin əsas postulatı ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqların tam qəbul edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Rusiya ilə Azərbaycan arasında humanitar-səhiyyə, ticarət-iqtisadi, siyasi-hərbi və bütün digər sahələrdə çoxsaylı əməkdaşlıq əlaqələri qurulub. Diqqət çəkən məqamlardan biri də tərəflər arasında gənclərin və tələbələrin mübadiləsi, tələbə və şagirdlərin birgə təhsil proqramlarının hazırlanması və onların təmkilləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası və Rusiya Federasiyası Xəzər regionunun sülh, sabitlik, mehriban qonşuluq və əməkdaşlıq zonası olmasına hərtərəfli kömək edəcəklər. Bəyannamədə diqqət çəkən digər məqam ondan ibarətdir ki, tərəflər yeni qlobal çağırış və təhlükələrə hər şeydən əvvəl beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri və silahların qanunsuz ticarətinə qarşı fəaliyyət göstərmək məqsədilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın səmərəliliyini artıracaqlar. Ümumiyyətlə, inanıram ki, iki ölkə arasında imzalanan müttəfiqlik haqqında bəyənnamə iki xalqın daha da yaxınlaşması, ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə nühüm töhfə verəcək.
Günəş Cəfərova, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, Mir-Qasımov 1/8 ünvanında yerləşən ərazi ilk partiya təşkilatının sədri






