Bu gün Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Elchi.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter”də paylaşım edib.
“Bu münasibətlə Amerika Birləşmiş Ştatlarının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və ABŞ əlaqələrinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd olunub.





