Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.
Elchi.az-ın xəbərinə görə, bu barədə məlumatı ‘Sabah’ qəzeti yayıb.
Qeyd olunub ki, danışıq zamanı Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə başda oilmaqla, regional hadisələr müzakirə edilib.






