Belarus qoşunları Çerniqov vilayətinə daxil olub. Bu barədə Ukrayna mediası məlumat yayıb.Bildirilir ki, Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatına görə, faktı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirilov təsdiqləyib.
– Belarus müharibəyə qoşulub. Artıq Belarus qoşunları Çerniqov vilayətinə daxil olub, – məlumatda deyilir.
Qeyd edilir ki, Slabin, Pakul və Mixaylo-Kotsyubinski kəndlərinin sakinləri də informasiyanın doğruluğunu təsdiqləyiblər. Burada üzərində ağ dairə çəkilmiş hərbi texnikaların hərəkəti müşahidə edilib.
Hərbi texnikanın hərəkəti mobil rabitələrin söndürülməsi ilə müşayiət olunur.
– Mixailo-Kotsiubinskinin yerli sakinlərinin sözlərinə görə, saat 11:30-da Belarusa məxsus hərbi kolonu ərazidən keçib. 33 texnikadan 11-i Qrad olub. Mobil rabitə iflic olub, onlar Slabin və ya Pakul istiqamətində gedirlər.






