Moskva ümid edir ki, Rusiya ilə danışıqlarda Ukrayna vəziyyətin ciddiliyini və sərbəstlik nümayiş etdirmək zərurətini dərk edəcək.
Elchi.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ümid edirəm ki, Ukrayna tərəfi vəziyyətin ciddiliyini və öz məsuliyyətini, sərbəstlik nümayiş etdirməyin zəruriliyini dərk edir ”, – deyə Rusiya XİN başçısı BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının 49-cu sessiyasının iştirakçılarına videomüraciətində bildirib.






