Müharibə fonunda Ukraynanı tərk edən bir qrup Azərbaycan vətəndaşı Türkiyəyə gəlib.
Elchi.az-ın xəbərinə görə, Ukraynanın müxtəlif şəhərlərində yayan 47 Azərbaycan vətəndaşı Ədirnə şəhərindəki “Kapıkule” sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olublar.
Sənədləşmə prosesinin yekunlaşmasından sonra İstanbula gedən Azərbaycan vətəndaşları oradan təyyarə ilə ölkəyə gələcəklər.






