"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SN: Son 6 ayda COVID-dən ana ölümü qeydə alınmayıb

03 Mart 2022 - 16:25
in SOSİAL

Son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bunu Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikamızın 2 böyük klinikası – Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir:

“Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb. COVID-19-a yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur”.

O deyib ki, ölkədə trombemboliya ana ölümünün əsas səbəbi kimi göstərilir:

“Bir çox ekstragenital xəstəliklər – şəkərli diabet, müxtəlif mənşəli ürək qüsurları, ağciyər vərəmi, qaraciyər xəstəlikləri (virus hepatitləri), anadangəlmə və qazanılma tromboflebiyalar (qanın laxtanma faktor pozulmaları) ana ölümünün səbəbləri hesab olunur. Riskli hamiləlik vaxtında aşkar edilib, qarşısı alınmasa, bu ya dölün bətndaxili ölümünə, ya da xəstə uşağın doğulmasına səbəb olur”.

O qeyd edib ki, dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir:

“Lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır. Virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi peyvənləşməyə cəlb oluna bilərlər. Bəzi istisnalar olmaqla bütün südverən anaların körpələrini ana südü ilə qidalanmasının vacibliyini elmi tədqiqatlarla təsdiqlənib. Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir. İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla bütün qadınlar süd verməlidir”.

Həkim əlavə edib ki, son illər ölkəmizdə bətndaxili qan köçürmə əməliyyatı icra edilməsində mühüm addımlar atılır:

“Belə ki, göstərilən patologiyaları müəyyən etmək üçün amniosentez (ana bətnində dölyanı mayenin müayinəsi) və kordosentez (ana bətnində dölün göbək ciyəsindən götürülən qanın müayinəsi) əməliyyatları uğurla həyata keçirilir. Amniosentez əməliyyatı ambulator şəraitdə USM-nin nəzarəti altında yerli ağrısızlaşdırma ilə aparılır. 2-3 həftədən sonra əldə olunan nəticəyə əsasən dölün bətndaxili sağlamlığı qiymətləndirilir. Bu müayinəni artıq 7-8 ildir ki, ölkəmizdə aparılması bir çox ciddi xəstə dölün bətndaxili aşkara çıxarılmasına kömək edir. Kordosentez zamanı isə dölün göbək damarından qan götürməklə diaqnostik əhəmiyyət kəsb edən məlumatlar əldə edilir” – o deyib.

Şəymən Qədimova
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dumanlı hava martın 4-ü səhərədək davam edəcək

Next Post

Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Hava kəskin dəyişəcək, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Havanın temperaturu 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

FHN: Ötən sutka 22 yanğına çıxış olub, 5 nəfər xilas edilib

FHN: Ötən sutka 6 nəfər xilas edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.