Kreml Rusiyada hərbi vəziyyətin elan olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Elchi.az-ın xəbərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov ölkənin bəzi regionlarında hərbi vəziyyətin elan olunacağı və kişilərin ölkə xaricinə çıxmasına qadağa qoyulması xəbərlərini şayiə adlandırıb.
“Xeyr, bunlar “şayiədir”. Sosial şəbəkələrdə belədir, sırf “şayiələr” dolaşır, sonra vətəndaşlar bir-birinə bu şayiələri göndərir və sair. Ona görə də, adi söz-söhbətlərin və yalanların qurbanı olmamaq üçün bütün bu cür məlumatlara çox diqqətli yanaşmaq lazımdır”, – Peskov jurnalistlərə sosial şəbəkələrdə Rusiya Federasiyasının bir sıra bölgələrində hərbi vəziyyətin tətbiq oluna biləcəyi və hərbi çağırış yaşında olan kişilərin martın 8-dən sonra Rusiyadan çıxışının qadağan ediləcəyi ilə bağlı məlumatları şərh edərkən deyib.






