Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronu əcnəbi vətəndaşların Ukraynadan təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin Putin-Makron telefon danışığı barədə yaydığı məlumatda bildirilib.
“Vladimir Putin Fransa Prezidentini əcnəbi vətəndaşların Ukrayna ərazisindən təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb. O, xüsusilə Xarkovda Ukrayna güclərinin girovluğunda olan böyük bir hindistanlı tələbə qrupunu xatırladıb. Emmanuel Makron Kiyev rəhbərliyi ilə müvafiq iş aparacağına söz verib”, – məlumatda qeyd olunub.
O da bildirilib ki, Vladimir Putin Rusiya Federasiyasının Ukraynadakı humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
***
15:37
Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Elchi.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, onların danışığı 1,5 saat çəkib.
Makronun daha sonra Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışıqları aparacağı qeyd olunub.





