Ukrayna nümayəndə heyəti Belarusda Rusiya ilə danışıqların keçiriləcəyi Belovej meşəsinə çatıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyəti əraziyə helikopterlə gəlib.
***
16:00
Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar üçün yola düşüb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak “Twitter”də bildirib.
“Rusiya Federasiyası ilə danışıqlar üçün. Artıq helikopterdəyik. Bir neçə saatdan sonra başlayacağıq…” – o vurğulayıb.






