Almaniya Kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Elchi.az-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, 1 saat davam edən söhbət zamanı Kansler Putini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Şolts həmçinin Putini döyüş gedən bəzi bölgələrə humanitar yardımın göndərilməsinə icazə verməyə çağırıb.
Məlumatda qeyd olunub ki, liderlər danışıqları davam etdirməyə razılaşıblar.
***
16:09
Hazırda Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada humanitar dəhlizlərin açılması ilə bağlı danışıqlar aparır.
Elchi.az-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də bildirib.
“Hazırda Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti ilə humanitar dəhlizlər barədə danışır. Dünya rusların təşkil etdiyi fəlakəti nəhayət ki, dərk etdi. Ukrayna tərəfindən İrina Vereşçuk və Serhiy Trusov humanitar dəhlizlərlə bağlı məsələdə məsuldurlar”, – qeyd edib.






