Ukraynada baş verən hadisələr fonunda Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyadan enerji təchizatından asılılığı azaltmaq üçün nəzərdə tutulmuş ümumavropa enerji strategiyasının hazırlanmasını zəruri hesab edir.
Elchi.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbər görə, bunu Boris Conson Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.
“Bizə bu asılılıqdan çıxmaq üçün ümumavropa strategiyası lazımdır”, – deyə, B. Conson vurğulayıb.
O əlavə edib ki, Şimali Amerika, Kanada və Körfəz regionunda başqa mənbələr və daha çox həcmdə bərpa olunan enerjinin birgə istehsalı üçün yollar mövcuddur.






