"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

05 Mart 2022 - 15:44
in MANŞET

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Elchi.az xəbər verir ki, Türkiyənin xarici işlər nazirini salamlayan Prezident İlham Əliyev dedi:

– Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Vətəninizə xoş gəlmisiniz. Şadam ki, yenə də görüşmək imkanımız oldu.

Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu, tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik.

Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki, onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq.

Ona görə sizi bu gün görmək mənim üçün çox xoşdur. Bildiyiniz kimi, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq, daim telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək addımlarımızı birgə atırıq. Bir daha xoş gəlmisiniz.

X X X

Mövlud Çavuşoğlu: Cənab Prezidentimiz, əvvəla bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm, minnətdarlığımı bildirmək istəyirəm. Qardaşınız, hər zaman təmasda olduğunuz Prezidentimiz Ərdoğanın səmimi salamlarını çatdırmaq istəyirəm. İki gün əvvəl Brüsselə gedərkən oradan da Bakıya gələcəyimi söylədikdə “Biz onsuz da qardaşımla davamlı görüşürük, amma sən salamlarımı da çatdır” demişdi.

Cənab Prezident, Şuşa Bəyannaməsini hazırlamaq və imzalamaq sizlərin fikri idi. Biz də Ceyhun qardaşımla birlikdə bunun üzərində çalışdıq və təxminən bir il əvvəl – doqquz ay əvvəl qardaşınız – Prezidentimiz Ərdoğan ilə birlikdə imzaladınız. Təxminən bir ay əvvəl iki gün ara ilə iki Məclisdə də bunun təsdiqlənməsi əslində sizin ortaya qoyduğunuz bu iradəni daha da gücləndirdi. Xalqımızın təmsilçilərinin də buna səs verməsi önəmli idi. Bunun da koordinasiyasını biz bir yerdə sizin tapşırığınızla etdik.

Şuşa Bəyannaməsi, – həqiqətən də biz onsuz da təbii müttəfiqik, – bir millət, iki dövlətə yaraşan kimi oldu. Cənab Prezident, bunu sizin imzalarla sadəcə rəsmiləşdirdik. Bunun içərisindəki məsələlərin həyata keçirilməsi istiqamətində də biz qardaşlarımızla səylə çalışırıq. Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələləri bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq.

Təbii ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin təsirləri var. Bundan başqa, burada Sizin Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyiniz önəmli layihələr var. Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim.

Bizə vaxt ayırdınız. Buna görə də Sizə bir daha təşəkkürlərimi bildirmək istəyirəm, cənab Prezidentim.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft qiymətlərinin həftəlik artımı ikiillik maksimuma çatıb

Next Post

Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib – YENİLƏNİB

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib – YENİLƏNİB

Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB

Dövlət başçısı: “Prezident Ərdoğanla gələcək addımlarımızı birgə atırıq”

Dövlət başçısı: "Prezident Ərdoğanla gələcək addımlarımızı birgə atırıq"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.