Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Nazirlikdən Elchi.az-a verilən xəbərə görə, görüş zamanı ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin sahilyanı ərazilərə təsirinin azaldılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.





