Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) sosial şəbəkələrdə yalan məlumatlar yerləşdirən 100 nəfər müəyyən edilərək onlardan 60-ı cərimələnib, 40 nəfər isə məhkəmələr qərarı ilə inzibati qaydada həbs edilib.
Elchi.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.
Bildirilib ki, pandemiyanın başladığı dövrdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə 1 308 cinayət işinin başlanılması təmin edilib.






