Kiyevin şimal-qərbində döyüşlər hələ də davam edir, Rusiya Ordusu heç bir mühüm irəliləyiş əldə edə bilməyib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Xarkov, Çerniqov, Sumı və Mariupol şəhərləri Rusiya Ordusunun mühasirəsində qalır və bu şəhərlər Rusiya tərəfindən ağır atəşə məruz qalmağa davam edir.
“Görünən odur ki, Ukrayna Hava Hücumundan Müdafiə Sistemi Rusiyanın müasir döyüş təyyarələrinə qarşı əhəmiyyətli uğur qazanıb və onların havaya istənilən dərəcədə nəzarət etməsinə mane olub”, məlumatda qeyd olunub.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...






