Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb.
Bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, imzalanmış 32 əfv fərmanı ilə 3100-dən çox məhkum bağışlanıb:”Son 18 ildə 35 əfv sərəncamı imzalanıb, 5672 nəfərə tətbiq olunub”.






