"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: “Tükənmiş kadrlar dəyişdirilməlidir”

11 Mart 2022 - 16:46
in MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin BayMedia-ya müsahibəsini oxuculara təqdim edirik:
– Qüdrət bəy, Rusiya sülhməramlılarının nəzarətində olan Xocalıdan, Xankəndindən son günlər mütəmadi olaraq bizə atəş açılmasının səbəbləri nədir? Bu barədə nə düşünürsünüz?
– Ermənilər hesab edirlər ki, Rusiya Ukraynaya qoşun yeritməklə Qərblə üz-üzə gəlib və Qərb bu müharibədə qalib gəlməklə Avropada, o cümlədən Cənubi Qafqazda əsas söz sahibi olacaq. Vəziyyəti gərginləşdirməklə sülh sazişindən yayınmaq, yəni vaxt udmaq, həm də Rusiyanın Cənubi Qafqazdan Ukraynaya əlavə qüvvələr göndərməsinin qarşısını almaq istəyirlər. Bununla da Qərbin Ukraynada qələbə çalmasına xidmət etmiş olduqlarını zənn edir və onların daha ciddi dəstəyinə ümid bəsləyirlər. Əmindirlər ki, Azərbaycan Xankəndində antiterrror əməliyyatı keçirməklə 10 noyabr sazişimi pozub Rusiya ilə münasibətləri korlamayacaq.
– Belə bir şəraitdə Azərbaycan nə etməlidir?
– Rusiyaya deməliyik ki, ya müttəfiqlik münasibətlərinin ruhuna və 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyannamənin tələblərinə uyğun olaraq təhlükəsizliyini təmin etdiyin qanunsuz silahlı birləşmələri yığışdır, Azərbaycanın Qarabağ üzərində dövlət suverenliyini bərpa etməsinə mane olma, ya da bacarmırsansa, yaxud bunu etmək istəmirsənsə kənara çəkil. Bu halda Azərbaycan Ermənistan və Rusiyanın 10 noyabr sazişi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən həmin atəşkəs haqqında sazişdən imtina etməli, işğal altında qalmış digər ərazilərimizdə də antiterror əməliyyyatı keçirməklə dövlət suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etməlidir. Böyük uğurlar və qələbələr üçün böyük risklər lazımdır, hansı ki, Ermənistan bunu etməyə çalışır.
– Xalqımızın diqqətinin daha çox Ukraynadakı müharibəyə cəlb olunduğu bir vaxtda ölkəmizin daxilində nələr baş verir?
– Təəssüf ki, böyük miqyasda ciddi işlər görülmür. İqtidarda köhnə komanda ilə vidalaşma istiqamətində intriqalar davam etdirilir, bu zaman bəzən oturduqları kreslolarda iylənmişlər iqtidarı daha çox gözdən salanları yox, onu qoruyanları hədəf seçir. Məsələn, yoxsul, işsiz insanların, şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının, pensiyaçıların qanunsuzluqlardan haray çəkdiyi nazirliklərdən yox, həmin narazı kütləni küçələrdən, həmin nazirliklərin qabağından yığışdıran, ölkədə sabitliyi təmin edən dövlət orqanından daha çox şikayət daxil olduğu rəsmi qaydada elan olunur. Ölkədə qanunçuluğun və ədalət mühakiməsinin həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxslər başa düşmürlər ki, onlar yalnız ölkənin siyasi rəhbərini təhqir edən, ona böhtan atan şəxsləri başqalarına münasibətdə eyni hərəkətə yol verdiyi halda məsuliyyətə cəlb edəcəklərsə və imkan yaradacaqlarsa ki, himayə etdikləri siyasi dələduzlar və reket jurnalistlər xoşlamadıqları nazirləri, deputatları, ictimai-siyasi xadimləri, hərbçiləri, sahibkarları təhqir etsinlər, gözdən salsınlar, gedib nazirliklər qarşısında meymunluq etsinlər və məsuliyyətdən kənarda qalsınlar, bu hal onları yüksək vəzifəyə təyin edib mənsəb sahibi etmiş Prezidentə qarşı ən böyük xəyanət olmaqla yanaşı, həm də əsas verəcəkdir ki, bu günə qədər böhtan və təhqirə görə həbs edilənlərin siyasi motivlərlə həbs edildiyi bəyan edilsin. Bu vəziyyət həm də siyasi sistemimizdə bütün mənəvi dəyərləri alt-üst edir. İcra hakimiyyəti sistemindəki üfunət qoxusu verən, korrupsiyalaşmış, keçmişin qalığı olan tükənmiş şöbə müdirləri, nazirlər və digərləri, Prezidentin imzaladağı qanunla telefonlara cavab vərməli olan, amma heç köməkçilərinin belə cavab vermədiyi kadrlar dəyişdirilməlidir. Yenilərlə bağlı təqdimat verilərkən, yalnız ingilis dilini bilməsi və dost-tanış olması yox, dövlət ədəb-ərkanına sahib olub-olmaması, siyasi və praktik blikləri, təcrübəsi əsas götürülməlidir.
Digər narahatedici məqam iqtisadi islahatların sürətlə aparılmamasıdır. Təəssüf ki, bazar iqtisadiyyatına keçidi təmin edib iqtisadiyyatımızı şaxələndirə bilmirik. Neft gəlirlərindən asılılıq davam etməkdədir. Konkret işlər əvəzinə bu sahəyə məsul şəxslər daha çox danışır, gündə bahalı bir proqram hazırlayıb camaatın başını qatırlar. Vəziyyəti dəyişmək üçün biz dövlətin (məmurların) nəzarətində olan iqtisadiyyatın əsas sahələrində böyük özəlləşməyə getməli və məhkəmə-hüquq islahatlarını dərinləşdirməliyik. Yalnız bu yolla güclü dövlət qura, Qarabağ üzərində suveren hüquqlarımızın tam bərpasına nail olub, 30 il ərzində ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın oz yurdlarına sürətli qayıdışını təmin edə bilərik.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada həlak olan azərbaycanlıların – SİYAHISI

Next Post

Region gəncləri karyeralarını qurmaları üçün maarifləndiriliblər

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Region gəncləri karyeralarını qurmaları üçün maarifləndiriliblər

Region gəncləri karyeralarını qurmaları üçün maarifləndiriliblər

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

"Azercell" 25 ilə ölkə iqtisadiyyatına 1,7 mlrd. dollardan çox sərmayə qoyub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.