Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Olaf Şolts arasında görüş keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Bildirilib ki, Almaniya Kanslerinin Türkiyəyə ilk səfəri çərçivəsində baş tutacaq görüş zamanı tərəflər Ukraynada müharibəni müzakirə edəcəklər.
Görüşdə, həmçinin Türkiyə-Avropa İttifaqı (Aİ) ikitərəfli əlaqələrinə diqqət yönəldiləcək.
“İkitərəfli əlaqələrlə yanaşı digər regional və beynəlxalq məsələlərə, xüsusilə də Ukrayna və Türkiyə-Aİ əlaqələrinə dair fikir mübadiləsinin aparılması gözlənilir”, – Türkiyə Prezident Administrasiyasının məlumatında qeyd olunub.






