Yunanıstanın Baş naziri Kiriakos Miçotakis yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Elchi.az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Baş nazir “Twitter” hesabındakı paylaşımında bildirib.
“Bu səhər test nəticəm pozitiv oldu və ona görə də evdə təcrid olunmuşam”, – Miçotakis bildirib.
O, işinə ev şəraitində davam etdiyini qeyd edib.
Xatırladaq ki, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.






