Ukraynanın Çerniqov vilayətində “Olişevskoye” yeraltı qaz anbarı atəşə tutulması nəticəsində zədələnib.
Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı Ukraynanın “Naftoqaz” şirkətinə istinadən yazır.
“Düşmənin atəşə tutması nəticəsində Çerniqov vilayətindəki “Olışevskoye” yeraltı qaz anbarı zədələnib. Yeraltı qaz anbarının ərazisindəki binaya mərmi düşüb. Qazın toplanması məntəqəsi sahəsinə metanol tədarük edən nasos stansiyası zədələnib”, – “Naftoqaz”ın məlumatında bildirilir.
Qeyd olunur ki, qaz anbarının işçiləri arasında ölən və xəsarət alan yoxdur. Obyektdə planlı dövri monitorinq və nəzarət davam etdiriləcək.
Ümumilikdə, Ukraynada ümumi tutumu 30 mlrd. kubmetrə qədər olan 12 yeraltı qaz anbarı var. “Olişevskoye” qaz anbarının tutumu təxminən 0,3 mlrd. kubmetr təşkil edir.






