“Hesabatla tanışlıq belə qənaətə gəlməyə əsas verir ki, Prezidentin müəyyən etdiyi inkişaf dinamikası ötən il iqtisadiyyatın bütün sahələrində təmin edilib”.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
S. Qafarova bildirib ki, sosial iqtisadi inkişafda ölkəmizin əldə etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması ilə nəticələnib: “Bu uğurların arxasında hökumətin gərgin fəaliyyəti dayanır. Hazırda ölkəmizin 53 milyard dollar valyuta ehtiyatı var”.
Spiker diqqətə çatdırıb ki, bu ilin yanvarından ölkədə böyük həcmli sosial paketlərin icrasına başlanıb: “Digər tərəfdən, azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bütün bu işləri Azərbaycan kənardan yardım almadan özü həyata keçirir. Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına səbəb olur”.






