Kreml Rusiyanın “Pervıy kanal”ının canlı efirindəki insidentə münasibət bildirib.
Elchi.az-ın xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov “Birinci kanal”ın efirindəki hadisəni xuliqanlıq adlandırıb.
“Pervıy kanal”ın efirindəki insidentin gündəliyimizdə olan məsələ hesab etmirik. Bu, xuliqanlıqdır. Kanal və müvafiq təşkilatlar məsələni araşdırır”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ötən gün “Pervıy kanal”ın efirində “Vremya” xəbərlər proqramının yayımı zamanı aparıcının arxasında əlində plakat tutan qız peyda olub.
Plakatın üzərində “Müharibəyə yox!”, “Müharibəni dayandırın”, “Təbliğatlara inanmayın”, “Burada sizə yalan danışırlar!” şüarları yazılıb.






