Ukrayna ilə danışıqlar onun neytral statusunun təmin edilməsinə istiqamətlənib.
Elchi.az-ın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Abdullahianla birgə keçiridyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna nümayəndə heyətlərinin danışıqlarının artıq dörd raundu keçirilib.
Bu gün beşinci raundun keçirilməsi planlaşdırılır.






