Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək.
Elchi.az əbər verir ki, Türkiyə XİN başçısının Moskvaya səfəri sabah baş tutacaq.
“Sabah Türkiyə xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılıb”, – Rusiya KİV-i diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, dünən Çavuşoğlu ilə Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı baş tutub.






