Yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilib.
Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, ekspedisiyaların təşkilində məqsəd ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə aparılır.
Qarölçmə işləri Şimal-Qərb marşrutu üzrə hazırda Şəki rayonu ərazisində Şinçay və Kişçay hövzələrində, Gədəbəy rayonu Slavyanka kəndi Qızılçay hövzəsində, Şimal marşrutu üzrə Xınalıq kəndi-Qudyalçayın mənbəyində aparılır.





