"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi

04 Noyabr 2014 - 12:49
in MANŞET

53248_srcYunan mediasına istinadən Türkiyənin Aralıq dənizinin şərqində, Kipr adası yaxınlığındakı mübahisəli sularda neft kəşfiyyatına başlamaq üçün Azərbaycanla anlaşdığı haqda yazmışdıq.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Virtualaz.org saytı yunan Kiprində nəşr olunan “Simerini” qəzetinə istinadən xəbər vermişdi ki, Türkiyənin dövlət neft şirkəti TPAO Aralıq dənizində, mübahisəli sularda neft-qaz kəşfiyyatına başlamaq üçün ARDNŞ-dən iki üzən qazma qurğusunu kirayə götürmək barədə anlaşma əldə edib.

Mənbə iddia edirdi ki, ARDNŞ Türkiyə şirkətinə 700 metrə qədər dərinlikdə qazma həyata keçirə bilən “Dədə Qorqud” və “Heydər Əliyev” qazma qurğularını kirayə verməyə razılaşıb. Tərəflər arasında anlaşma bir həftə əvvəl əldə edilib və gözlənilirdi ki, bu həftə anlaşma rəsmən elan ediləcək.

Virtualaz.org saytının dünən ARDNŞ-dən bu xəbərlə bağlı şərh almaq cəhdləri nəticə verməyib. Bəzi ekspertlərə görə isə ümumiyyətlə ARDNŞ-in sərəncamında olan üzən qazma qurğularının Aralıq dənizinə aparılması naviqasiya baxımından real deyil.

Bu gün isə ARDNŞ-dəki mənbə “Trend”ə ARDNŞ şirkətin Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatının aparılması haqqında Türkiyə ilə heç bir razılaşmaya malik olmadığını bildirib. ARDNŞ nümayəndəsinin sözlərinə görə, bu gün ümumiyyətlə karbohidrogenlərin birgə kəşfiyyatı haqqında məsələyə baxılmır.

Həmçinin bu gün həm Yunanıstan, həm də Türkiyə mediası Aralıq dənizində neft yataqları uğrunda qarşıdurmanın yenidən qızışdığı haqda xəbərlər dərc edib.

“Vatan” qəzetinin yazdığına görə, Yunanıstan və yunan Kiprinin (Kipr Respublikası) İtaliya və ABŞ şirkətləri ilə anlaşaraq mübahisəli hesab olunan “Afrodita” adlı bölgədə kəşfiyyat işlərinə başlamasına cavab olaraq Türkiyə “Barbaros Hayrettin” kəşfiyyat gəmisini 3 hərbi gəminin və bir sualtı qayığın müşayiəti ilə bölgəyə göndərib.

Yunan mediasından götürülmüş bu xəbərdə deyilir ki, Türkiyənin kəşfiyyat-axtarış gəmisini “Gelibolu”, “Göksü” və “Yavuz” adlı freqatlar, habelə “Burak Rəis” adlı sualtı qayıq müşayiət edir. Bu gəmilərin müşayiəti ilə “Barbaros Hayrettin” kəşfiyyat gəmisi Türkiyə sərhədlərinə ən yaxın olan Meis adası ətrafında neft-qaz kəşfiyyatına başlamağa hazırlaşdığı bildirilir.

Yunanıstanda nəşr olunan “Proto Thema” qəzetinin yazdığına görə, rəsmi Afina buna cavab olaraq yunan hərbi donanmasının bir freqatını və “Proteus” adlı sualtı qayığını bölgəyə göndərməyə qərar verib. Yunanıstan hökumətindəki mənbə bildirib ki, lazım olsa, bütün donanmanı həmin bölgəyə yeridəcəklər. Qəzetə danışan Pentaqon rəsmisi isə Aralıq dənizində “bütün tərəflər üçün təhlükəli oyun oynandığını” deyib.

Gözlənilir ki, gərginliyin artmasına görə Yunanıstanın baş naziri Antoni Samaras Kipr Respublikasına gedərək bu ölkənin lideri Anastasiadasla ortaq strategiya müəyyən edəcək. Yunan mediası onu da yazır ki, bu ay ərzində Türkiyəyə səfər edəcəyi gözlənilən ABŞ vitse-prezidenti Cozef Bayden Anastasiadasla telefon danışığında Ankaraya səfəri zamanı türklərdən Kiprə aid iqtisadi zonada neft-qaz kəşfiyyatını dayandırmağı tələb edəcəyinə söz verib.

Qəzet onu da yazıb ki, Türkiyə bölgədə neft platforması yerləşdirmək üçün Azərbaycan və Rumıniyadan kömək istəyib.

Məlumatda deyilir: “Lakin azərilər “yunanlarla münasibətlərimiz çox yaxşıdır” deyərək bu təklifi rədd ediblər. Rumıniya hökuməti isə 1,5 milyard dollara başa gələn üzən platformanı Türkiyəyə satmağa müsbət baxır. Neft platformasının 2 il ərzində hazır olması gözlənilir”.

Türkiyə mətbuatı onu da yazır ki, ötən həftə Qahirədə Misir, yunan Kipri və Yunanıstanın xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar olub. Bu danışıqlarda Aralıq dənizində neft və qaz hasilatı məsələsində üç ölkənin birgə hərəkət etməsi qərarlaşdırılıb.

Xatırladaq ki, Avropa İttifaqı da Türkiyəni yunan Kipri sahillərində neft-qaz axtarışlarını dayandırmağa çağırıb. Lakin Türkiyə bildirir ki, Şimali Kipr Türk Respublikasının da bu bölgədə iqtisadi maraqları var və Türkiyə yunan tərəfinin birtərəfli qaydada neft-qaz axtarışlarına başlamasına cavab olaraq bütün lazım olan addımları atacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı – 5 il həbs

Next Post

Eldar Namazov yenə üzdə: bu dəfə erməni kəşfiyyatçısı ilə…

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Eldar Namazov yenə üzdə: bu dəfə erməni kəşfiyyatçısı ilə...

İŞİD 5 yaşlı uşağa terrorçuluq öyrədir - (Video)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.