Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Kreml sözçüsü Ukraynanın danışıqlar prosesini uzatmaqda da ittiham edib.
Peskov Kiyevin danışıqların sürətlənməsinə maraq göstərmədiyini də əlavə edib.
O həmçinin, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə Putin-Zelenski görüşünün keçirilməsinə ehtiyac yarana biləcəyini istisna etməyib.






