“Miqrasiya problemi gündəmin önəmli məsələsi olaraq qalmaqdadır. Bu problem ortaqdırsa, həllində də ortaq yük paylaşımı olmalıdır”.
Elchi.az-ın xəbərinə görə, bu barədə İstanbulda keçirilən mətbuat konfransı zamanı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O qeyd edib ki, Suriya ilə bağlı miqrasiya problemi tək Türkiyənin məsələsi deyil.
“Türkiyə bir çox miqranta ev olmuş, baş verənlərə müşahidəçi qalmayıb. Suriyalı qardaşlarımıza da səhiyyə xidmətlərini vətəndaşlarımıza təqdim etdiyimiz şəkildə təqdim etmişik. Suriya kimi, Ukraynada da baş verən humanitar böhran həllini gözləyən məsələdir. Bu mənada insanların sağlamlığı çox vacib məsələdir. Ümumilikdə isə miqrasiya probleminin beynəlxalq əməkdaşlıq çərçivəsində həll olunacağına inanırıq”, – nazir bildirib.






