Ugurlu daxili və xarici siyasi xətt yürüdən Azərbaycan dünyada öz standartlarını qəbul elətdirə biləcək güc mərkəzidir, eyni zamanda, respublikamız balanslaşdırılmış siyasi, sosial-iqtisadi siyasətinə görə dünyada təqdir olunan dövlətlər sırasındadır. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvu Rəşad Mahmudov söyləyib. Deputat daha sonra bildirib ki, ölkəmizin bütün sahələrinə dövlət dəstəyi əhatəli şəkildə hiss olunur. Gənclər siyasəti və idman sahəsi də prioretetlərnin ön sıralarındadır. Prezidenit İlham Əliyevin rəhbərliyi və qaygısı sayəsində Olimpiya hərəkatı respublikada geniş vüsət almış, geniş idman ordusu yaradılmışdır. Demək olar ki, ölkəmizin hər yerində, hətta ucqar dag royanlarda belə, dövlətimizin başçısının təşəbbüsu və tapşırıgı əsasında son dərəcə müasir Olimpiya İdman Kompleksləri tikilərək idmançıların ixtiyarına verilmişdir. Göstərilən qaygının məntiqi sonlugi olaraq Azərbaycan idmançılarının beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bir neçə gün öncə Bolqarıstanda gerçəkləşən Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi layiqli şəkildə təmsil edərək böyük ugur qazanmaları fikrimizin təsdiqidir. Xəbər verildiyi kimi, idmançılarımız adıcəkilən yarışda 7-si qızıl olmaqla, ümumilikdə 16 medal qazanmışlar. Şübhəsiz ki, nüfuzlu Avropa yarışmasında birinciliyə yüksəlmək böyük tarixi nailiyyətdir. Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən məzmunlu nitqi xalqımız və respublikamızın idman ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Azərbaycan idmanında güləşin xüsusi yerə və önəmə malik oldugunu qeyd edən dövlət başçısı ölkəmizin daim bu sahədə ön sıralarda oldigunu qeyd etdi: “Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”. Qeyd olunanlarla yanaşı, ölkə başçısı haqlı olaraq bildirdi ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük ehtiramla yanaşırlar. Avropa və İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi bunun təsdiqidir. Göstərilən etimadı dogruldan respublikamız adları çəkilən yarışları yüksək və nümunə olacaq səviyyədə təşkil edərək idmana, saglam həyata baglı bir ölkə oldugunu ortaya qoydu. Beynəlxalq və Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz ölkəmizdə idmanın inkişaf tempinə müsbət mənada təsiri də göz önündədir. Şübhəsiz ki, güləş ənənələrinə sadiq, onu layiqincə, təcrübəli şəkildə nəsildən- nəslə ötürə bilən gənclərimiz Azərbaycanı bundan sonra da beynəlxalq arenada aparıcı güləş ölkələrindən birinə çevirəcək və nüfuzunu daha da artıracaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahə Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Ona görə də ölkəmizdə idmanın kütləviliyini təmin etmək, bölgələrdə inkişafını diqqətdə saxlamaq qarşıya əsas vəzifə kimi qoyulub. Xüsusilə, işgaldan azad edilmiş torpaqlarımızda idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları mühüm önəm daşıyır. Hazırda bu istiqamətdə layihələr üzərində iş aparılır. Rəşad Mahmudov sonda bildirib ki, qeyd olundugu kimi bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir. Halbuki 30 ilə yaxın idi ki, istər siyasi, istərsə də idman arenalarında məglub ölkə kimi təmsil olunurduq. Prezidentin vurğuladığı kimi, sübut edirdik ki, biz beynəlxalq yarışlarda göstərdiyimiz məharət, güc və iradəni döyüş meydanında da nümayiş etdirə bilərik. Bu, Vətən müharibəsində sübuta yetirildi. Beləliklə, hazırda qalib ölkənin qalib Siyasətçisi, qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün arenalarda davamlı olaraq zəfər bizimlədir, bizimlə olacaq. Qalibiyyətimiz davamlı və mübarək olsun!
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...





