"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Zorun qarşısında mərsiyələrlə kimlərisə ağlatmaq olar, amma…”

19 Mart 2022 - 23:17
in MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini tədim edirik:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

– Qüdrət bəy, bu gün Ukrayna Prezident Administrasiyası Rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, NATO-nun Ukrayna münaqişəsində neytrallığı barədə bəyanatları Rusiyanı kütləvi qırğınlara ruhlandırır. Onun bu açıqlamasını şərh etməyinizi xahiş edirik.

​- Podolyak və təmsil olunduğu komanda müharibə başlayana qədər bu barədə düşünməli idi. Onlar ən azından​ Ukrayna İslahatlar Komitəsinin icraçı direktoru Saakaşviliyə qulaq asmalı idilər. 2021-ci ilin aprelində Saakaşvili mətbuata verdiyi video açıqlamada 2008-ci ilin avqustunda​ Rusiyanın Gürcüstana təcavüzündən danışır və bəyan edir ki, Ukrayna öz siyasətini müəyyən edərkən Avropa ölkələrinin satqın (продажный) olmasını heç vaxt yaddan çıxarmamalıdır. Bu çıxışla “Youtube”da hər kəs tanış ola bilər. Etnik seperatizmlə və Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycan xalqı Qərbin ikili standartlar və riyakar siyasəti ilə 30 ildir tanışdır. 10 martda Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə də bu riyakarlığın ən bariz nümunələrindən biridir. Doqquzu şəhər olmaqla 900 yaşayış məntəqəsini bütün tarixi​ və mədəni abidələri ilə birlikdə vəhşicəsinə yer üzündən silmiş Ermənistan əleyhinə yox, Azərbaycan əleyhinə qətnamə qəbul edirlər. Ukraynanın bu günkü liderləri 2014-cü ildə Krım və Şərqi Ukrayna işğal olunarkən​ Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə məsuliyyət daşıyan ABŞ və Britaniya başda olmaqla Qərbin seyrçi mövqeyindən nəticə çıxarmalı idilər. Bu gün Ukrayna öz neytrallığını elan etməyə hazır olduğunu bəyan edir, müharibəni önləmək üçün bunu vaxtında etmək lazım idi. Zorun qarşısında “mənim beynəlxalq hüquqlarım və arzularım” mövzusunda mərsiyələrlə kimlərisə ağlatmaq olar, amma qorxağı cəsarətli, riyakarı dürüst birisi​ etmək olmaz. Diqqət yetirin, 2015-ci ildə​ Krımın ilhaqından sonra Rusiyaya silah embarqosu tətbiq etmiş Avropa İttifaqı indi bəlli olur ki, Rusiyaya Almaniya və Fransa başda olmaqla dəyəri yüz milyonlarla dollar olan ən müasir texnologiyalara əsasında hazırlanmış müasir silahlar, texnikalar satırmış. Riyakarlığın növbəti nümunəsi. Möcüzə baş verməsə, Ukrayna xalqının qəhrəmanlığına baxmayaraq, Zelenski hakimiyyətini qoruyub saxlaya bilsə belə, Ukraynanı böyük itkilər gözləyir.

​- Ukrayna xalqı məğlubiyyətlə barışacaqmı?

– Çeçenlər barışmadılarmı? İndi Putin üçün döyüşmürlərmi? Məğlubedilməz xalq yoxdur.

​ – ABŞ Türkiyəyə Rusiyadan aldığı C-400 hava​ hücumundan müdafiə sistemlərini Ukraynaya verməyi təklif edib. Bu barədə fikirləriniz nədir?

​ – ABŞ və onun Avropadakı müttəfiqləri (əlaltıları ) uzun müddətdir çalışırlar ki, Türkiyə ilə Rusiya üz-üzə gəlsin, vuruşsun. ABŞ-ın Ukraynaya belə canı yanırsa qoy Ukraynaya eyni təyinatlı “Patriot” hava hücümundan müdafiə sistemləri, müasir döyüş təyyarələri, vertolyotlar, dronlar, tanklar, raketlər, artilleriya qurğuları versin. İmkan yaratsın ki, Ukraynalılar da Rusiya ərazisindəki hərbi obyektləri vura bilsin. Axı dövlət ləyaqəti olan ölkə Ukrayna tərəfdən vuruşmaq bir yana, heç olmasa bunu etməlidir. Çünki 1994-cü ildə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təminat verən Budapeşt memorandumunu imzalamaqla​ Ukraynanı aldadıb nüvə silahını əlindən alıblar. Ukraynanın nüvə silahı olsaydı, kim ona hücum edə bilərdi.

​- Qüdrət bəy, Azərbaycanın Ukraynaya dəstəyini yetərli sayırsınızmı?

– Ukrayna bizdən və Ermənistandan​ çox güclü və böyük ölkədir. Buna baxmayaraq Ermənstin bizim torpaqları işğal edəndə Ukrayna bizim ərazi bütövlüyümüzü tanısa da cırtdan Ermənistanla münasibətlərini pozmadı. Biz də Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Ukraynaya humanitar yardım edirik, sülh üçün Türkiyə ilə birlikdə məhdud imkanlar çərçivəsində nələrsə etmək istəyirik. 44 günlük savaş zamanı 5-10 Ukrayna vətəndaşı Kiyevdə Azərbaycan səfirliyi qarşısında bizə dəstək aksiyası keçirdimi? Amma Qarabağda Rusiya əsgərləri olduğu və suverenliyimizi tam təmin etmədiyimiz bir vaxtda bizimkilər heç nəyi nəzərə almadan, emosional şəkildə​ Bakıda Ukrayna​ səfirliyi qarşısında onlara dəstək aksiyası təşkil​ etdi, hökumət də qarşısını almadı. Biz Ukraynadan pulunu ödəməklə ​ silah almışıq, amma​ borca onlara dizel yanacağı vermişik, hələ də pulunu tam ödəməyiblər. Ermənipərəst dövlətlərə sığınmış bəzi adamların sosial şəbəkələr üzərindən etdiyi məsuliyyətsiz çıxışlara fikir vermək lazım deyil.

​ – ABŞ Prezidentin Putinə cinayətkar deyib aşağılamasını necə qarşıladınız?

​- Putin Baydenlə görüşdən sonra Ukraynaya hücum hazırlığına başladı. Bayden müharibənin qarşısını almaq üçün ciddi heç nə etmədi. Variantlardan biri budur ki, nə vaxtsa onu Rusiya ilə iş birliyində ittiham edəcəklərindən qorxur və bu kimi açıqlamalarla təhlükəni sovuşdurmaq istəyir. Ukrayna xarici işlər naziri Kuleba da adını çəkmədiyi bir güclü Avropa ölkəsinin​ nazirinə istinad edərək​ dedi ki, NATO Ukraynanın iki gün ərzində süqutunu və yeni geosiyasi reallıqların yaranacağını gözləyirmiş. Ukrayna xalqının əzmini qırmaq, prosesi az qanlı etmək üçün ABŞ Zelenskini​ Kiyevdən qaçırmaq istəsə də alınmadı. İkinci variant odur ki, həmişə qorxaqlar təhqirə keçir, bu çarəsizlik və zəiflik əlamətidir, qəhrəmanlıq deyil. Qəhrəmanlıq Ukrayna tərəfdən döyüşə girmək olardı.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN: Cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində 146 nəfər təxliyə edilib – VİDEO

Next Post

Ukraynadakı rus əsirlərin sayı açıqlanıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Ukraynadakı rus əsirlərin sayı açıqlanıb

Ukraynadakı rus əsirlərin sayı açıqlanıb

Rusiya MN: Ukraynada 1443 tank və 201 PUA məhv edilib

Rusiya MN: Ukraynada 1443 tank və 201 PUA məhv edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.