Norveçin şimal-qərbində Nordland rayonunda qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin ekipaj üzvlərinin cəsədləri tapılıb.
Elchi.az AFP-ə istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.
Qəzaya uğrayan təyyarənin 4 ekipaj üzvündən hamısı ölüb.
Onlar Norveçdə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edirdi.
***
19.03.2022
Saat 01:49
Norveçdə içərisində 4 nəfərin olduğu ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.
Elchi.az “Nordic News” portalına istinadən xəbər verir ki, Norveçin şimalında qəzaya uğrayan təyyarə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edib.
Xilasedici qruplar qəza yerinə yollanıb.
Ekipajın taleyi haqqında məlumat yoxdur.






