"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

De Byazi: “İndi başa düşürük ki, təcrübəli oyunçular da lazımdır”

22 Mart 2022 - 16:19
in İDMAN

Martın 25-də Malta, 29-da isə Latviya ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan millisinin Malta səfəri öncəsi mətbuat konfransı təşkil olunub.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bakı Olimpiya Stadionundakı konfransda yığmamızın baş məşqçisi Canni de Byazi jurnalistlərin suallarını cavablandırıb.

– Heyətdə bəzi yeniliklər var. Xüsusən də, söz vermişdiniz ki, Eddi İsrafilov və Dmitri Nazarovu milliyə çağırmayacaqsınız. Amma bu dəfə onlara dəvət göndərilib…
– Heç vaxt deməmişəm ki, onlar millidə olmayacaqlar. Sadəcə həmin vaxt koronavirusla bağlı belə vəziyyət yaranmışdı. Gənclərə üstünlük vermişdik. Amma indi başa düşürük ki, təcrübəli oyunçular da lazımdır. Yaxşı nəticələr üçün Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Ağabala Ramazanov kimi oyunçuları çağırdım.

– Uzun müddətdir millinin baş məşqçisisiniz və bu, qarşıya konkret hədəf qoymaq üçün kifayət qədər zamandır. Dmitri Nazarov və Eddi İsrafilov kimi oyunçuları yenidən çağırdınız. Biz yenidən keçmişə qayıtdıq?
– Bu baxımdan əmin olmadığım nəsə yoxdur. Gənclər yenə heyətdə qalır və onlara təcrübəsi ilə komandaya kömək edə biləcək oyunçular əlavə olunub.

– Oyunlarda qapıçılarla bağlı seçiminiz nə olacaq?
– Onların özləri də bunu bilmir. Bu barədə ilk olaraq onlar biləcək. Üç yaxşı qapıçımız var. Xüsusən də, “Qəbələ”dən çağırdığımız Nicat Mehbalıyev gəncdir, perspektivi var, yaxşı mövsüm keçirir. Digər iki qapıçı təcrübəlidir.

– Sizin gəlişinizdən sonra əsasən 3-lü mərkəz müdafiə sistemində oynayırıq. Millətlər Liqası öncəsi hansısa yeni oyun sistemi sınamaq fikriniz varmı?
– Bəli, əlimizdəki oyunçulara əsasən taktiki dəyişikliklər olacaq. Mənim üçün ən vacibi nəticədir, qələbə qazanmaqdır.

– Nicat Mehbalıyevin yaxşı mövsüm keçirdiyini dediniz. “Qəbələ”nin yaxşı mövsüm keçirən digər oyunçularına niyə dəvət göndərməmisiniz? Əvəzində Höccət Haqverdi yenə heyətdədir…
– Rövlan Muradovu mən çox qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma onu daha az tanıyıram. Həmçinin “Qəbələ”dən Murad Musayev də yaxşı mövsüm keçirir. Amma viza məsələsinə görə milliyə cəlb edə bilmədik. Ülvi İsgəndərov da maraqlı oyunçudur. Klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, milliyə yenidən çağırılacaq.

– Rüstəm Əhmədzadə əvvəlcə U-21, daha sonra isə əsas milliyə çağırıldı. Bu dəyişiklik nə ilə bağlı idi?
– Onu U-21-ə buraxmaq istəyirdim ki, oynamaq imkanı olsun. Amma Namik Ələskərovun zədəsi var. Qarşıdakı matçlarda iştirakı sual altındadır. Bu üzdən Rüstəmi çağırdıq. Millimizin gələcəyi olan oyunçulardandır.

– Millidə keçirdiyiniz ikinci mərhələdə özünüzdən uğur gözləyirsiniz?
– Qələbə öz-özünə gəlmir, onun üçün mübarizə aparmalıyıq. Bu, çətin situasiyalarda vacibdir. İyunda vacib matçlarımız var. Qısa müddətdə 4 oyun keçirəcəyik. Bunun üçün 30 futbolçu lazımdır. Komandada mütləq birlik lazımdır. Kimin oynamasının, kimin tribunada oturmasının fərqi yoxdur. Hamı başa düşür ki, bu bayraq üçün “vuruşuruq”.

– Millətlər Liqasında mübarizə bu dəfə yayda başlayacaq. Bu məqam nəticələrə nə dərəcədə təsir edə bilər?
– Fikirləşirəm ki, rəqiblərimiz də yorğun olacaq, onlar da ağır mövsümdən sonra oynayacaqlar. Yaxşı olardı ki, komandamızda zədəlilər olmasın. Slovakiyanı çıxsaq, balanslı qrupdur. Digər komandalarla başabaş mübarizə apara bilərik. Qısa müddətdə səfərə gedib, ardından evə gələcəyik. Bir rəqibimizin də kimliyini gözləyirik. Bu, Moldova və ya Qazaxıstan olacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kreml sözçüsü Rusiyanın müharibədəki itkiləri barədə şərh verməyib

Next Post

Baş Qərargah rəisi Rusiya Quru Qoşunları Baş Komandanının müavini ilə görüşüb

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
Baş Qərargah rəisi Rusiya Quru Qoşunları Baş Komandanının müavini ilə görüşüb

Baş Qərargah rəisi Rusiya Quru Qoşunları Baş Komandanının müavini ilə görüşüb

Qanunsuz erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılması prosesi müzakirə olunub

Qanunsuz erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılması prosesi müzakirə olunub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.