Rus hərbçiləri Ukraynanın Çerniqov şəhəri ilə Kiyevi birləşdirən körpünü partladıblar.
Elchi.az UNİAN-a istinadən xəbər verir ki, Çerniqovda martın 23-nə keçən gecə rus hərbçiləri şəhəri Kiyevlə birləşdirən Desna üzərindən keçən avtomobil körpüsünə aviabombalar atıblar.
Qeyd edək ki, Ukraynanın ombudsman Lyudmila Denisovanın sözlərinə görə, indi Çerniqovun ətrafı rus qoşunları tərəfindən tamamilə, şəhərətrafı ərazilər isə 60% bombalanıb:
“Bundan əlavə, əhalinin yarısı şəhəri tərk edib. Martın 22-dən etibarən Çerniqovdan Kiyevə gedən çıxışlar minalanıb” – o deyib.






