Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
13:29
Füzulidə mülki şəxs minaya düşüb.
APA-nın xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb, nəticədə ağır bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda həmin faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Səlcuq Elçin
Habil Aslanoğlu











