NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti artırılıb.
Elchi.az-ın xəbərinə görə, Stoltenberqin mandatı daha birillik uzadılıb. Belə ki, o, 2023-cü il sentyabrın 30-dək postunda qalacaq.
“NATO dövlət və hökumət başçılarının Baş Katiblik müddətimi 30 Sentyabr 2023-cü il tarixinə qədər uzatmaq qərarından şərəf duyuram. Biz böyük təhlükəsizlik böhranı ilə üzləşdiyimiz üçün alyansımızı və xalqımızın təhlükəsizliyini qorumaq üçün birləşmişik”, – Stoltenberq deyib.
Xatırladaq ki, 63 yaşlı Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Mandatı 2017-ci və 2019-cu illərdə iki dəfə uzadılan sədrin səlahiyyət müddəti sentyabrın 30-da başa çatır. O, NATO-ya ən uzun müddət rəhbərlik etmiş şəxs kimi tarixə düşüb.






