Azərbaycan və Ukrayna musiqiçiləri birlikdə Ukraynanın mənəvi himni kimi şöhrət qazanmış mahnını – “Ukrayna üçün dua”nı ifa ediblər.
Elchi.az xəbər verir ki, Nikolay Lısenkonun “Ukrayna üçün dua” mahnısı Hidayət Əliyevin ifasında və xüsusi yaradılmış Azərbaycan-Ukrayna musiqiçilərinin müşayiəti ilə təqdim olunub.
Musiqi komandasında tarda Polina Desyatniçenko, kamançada Toğrul Əsədulayev, kanunda isə Vəfa Şirəliyeva yer alıb.






