Azərbaycan millisinin Malta ilə yoldaşlıq oyununun əmsalları açıqlanıb.
Bukmeker kontorları Canni de Byazinin yetirmələrini qarşılaşmanın favoriti sayır.
Millimizin qələbəsinin əmsalı 2,10-la dəyərləndirilir. Meydan sahiblərinin qalib gəlməsi 3,68-la qiymətləndirilir. Heç-heçə əmsalı 3,15-ə bərabərdir.
Qeyd edək ki, Ta Qalidəki Milli stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





