Ötən il Prezident Administrasiyasına daxil olan müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən və təkliflərdən ibarət olub.
Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında bildirilib.
Qeyd edilib ki, müraciətlər əsasən sosial müdafiə, İkinci Qarabağ müharibəsi və onun nəticələri, hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, əfv məsələləri, səhiyyə xidmətləri, torpaq məsələləri və işğaldan azad edilmiş ərazilərlə bağlı olub. Bu müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə görə dövlət başçısı İlham Əliyevin ünvanına həmin dövrdə 30 minə yaxın minnətdarlıq məktubu daxil olub.
Xatırladaq ki, Prezident İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.






