Fransa Enerji Tənzimləmə Komissiyasının (CRE) sədri Jan-Fransua Karenko fransızları gələn qışda tədarükdə ola biləcək fasilələr riski səbəbindən elektrik enerjisi və qaza qənaət etməyə çağırıb.
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
“Biz artıq indi Fransada qaz və elektrik enerjisinə qənaət etməliyik, əks halda gələn qış hər şey pis ola bilər”, – Jan-Fransua Karenko qeyd edib.
O vurğulayıb ki, hər kəs səy göstərməlidir – sənaye sektoru, xidmət sektoru, dövlət təşkilatları və hər bir Fransa vətəndaşı elektrik və istilik enerjisi istehlakını məhdudlaşdırmalıdır.





