"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kartof satdığı deyilən polislə bağlı rəsmi açıqlama verildi – (Fotolar, Video)

05 Noyabr 2014 - 13:05
in FLƏŞ, GÜNDƏM

Bakı Şəhər Baş Polis İdarəsi kartof satdığı deyilən polislə bağlı aparılan araşdırmaların nəticələri haqda “Qafqazinfo”ya məlumat verib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

70726_res_01Bakı Polisindən bildirilib ki, həmin informasiya araşdırılan zaman məlum olub ki, görüntülərdə qeyd olunan polis əməkdaşı heç də kiminsə malını müsadirə edərək satmayıb. O atasının və yaxın qohumlarının Lerikdə becərdikləri və pay üçün ona göndərdikləri kartofu dostu ilə bölərkən görüntülənib: “Hər şeydən əvvəl onu bildirək ki, həmin polis əməkdaşı Post Patrul Xidmətində deyil, tamam başqa bir xidmətdə çalışır. Ona görə də, bu polis əməkdaşının yol kənarında xidmət həyata keçirməsi qeyri-mümkündür. Əlbəttə, o öz ailəsinin göndərdiyi tərəvəzi qəbul edirmiş. Lakin onun böyük səhvi bu işi polis formasında həyata keçirməsi olub. Buna görə həmin polis əməkdaşı haqqında ölçü götürüləcək. Bu məsələnin başqa bir tərəfidir və qaydaları pozduğuna görə o, cəzalandırılacaq. Məsələnin narahatlıq doğuran digər tərəfi isə medianın yaydığı məlumatdır”.

Polisdən bildirilib ki, medianın yaydığı məlumatlar daim araşdırılır və öyrənilir. Fakta söykənən informasiyalarla bağlı ölçü götürülür: “Ancaq bu tip xəbərlərin böyük bir hissəsi, o cümlədən Maştağadakı polis əməkdaşı ilə bağlı xəbər polisin nüfuzuna xələl gətirəcək səviyyədə hazırlanıb və həqiqəti əks etdirmir. Mediadan istəyimiz odur ki, xəbər yayarkən həqiqətə söykənməyən məqamlara yer verməsinlər, məsələni dəqiq araşdıraraq dərc etsinlər. Əks halda yanlış məlumatlar həm polisin, həm də medianın nüfuzuna xələl gətirir”.

*     *      * 10:57

Bakının Maştağa aəsəbəsinin sakinləri polis əməkdaşının vətəndaşların məhsullarını əlindən alaraq satdığı barədə şikayət ediblər. Bu barədə aznews.az saytı yazıb.

Bildirilib ki, əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polislər onlara hücum çəkir, mallarını müsadirə edirlər. Şikayət məktubunun maraqlı hissəsi, həmin məhsulların bir qədər kənarda elə polislər tərəfindən satışa çıxarılması barədə qeyd olunanlardır.

Bununla bağlı maraqlı görüntülər yayılıb. İddia olunur ki, polis əməkdaşı avtomobilinin yük yerinə qoyulan kisələrdən kartof və heyvanı paketlərə yığaraq, yaxınlıqdakı mağazaya və başqa şəxslərə satır.

ANSPRESS məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun verdiyi məlumata görə, bu barədə araşdırma aparılır. Rəisin sözlərinə görə, səslənən iddialar barədə hələlik heç bir sübut yoxdur.

“Düzü mən inanmıram ki, polis əməkdaşı belə şey etsin. Bu hələlik təsdiqini tapmayıb. Görüntülərdə bilinmir ki, polis məhsul satır, yaxud onlara baxır. Bəlkə polis əməkdaşı yoxlama aparır. Düşünürəm ki, bu həqiqətə uyğun olmayan informasiyadır”, – deyə Qalib Rəhimov bildirib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı polisində “blatnoy” qiyam

Next Post

Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar qurultayı keçirdi – (Fotolar)

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar qurultayı keçirdi - (Fotolar)

Rövnəq Abdullayev “Azərneftyağ”ı bağlayır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.