Rusiya Xarici İşlər Nazirliyi (XİN) Baltikyanı ölkələrin Moskvadakı səfirliklərinin 10 diplomatını “arzuolunmaz şəxs” elan edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Litva səfirliyinin 4, Latviya səfirliyinin 3 və Estoniya səfirliyinin və Sankt-Peterburqdakı Baş konsulluğunun Pskov İdarəsinin 3 nümayəndəsinin akkreditasiyası dayandırılıb.
Onlar Rusiya diplomatik missiyasının əməkdaşlarının Baltikyanı ölkələrdən çıxması üçün nəzərdə tutulmuş eyni müddət ərzində Rusiya Federasiyası ərazisini tərk etməlidirlər.
***
11:59
Latviya, Litva və Estoniya səfirləri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Elchi.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbə bildirib.
“Baltikyanı ölkələrin səfirləri diplomatlarının ölkədən çıxarılması qərarı ilə əlaqədar Moskva vaxtı ilə saat 12:00-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, – mənbə qeyd edib.






