"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazir: “Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmaq perspektivi böyükdür”

29 Mart 2022 - 15:52
in İQTİSADİYYAT

“Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniya enerji şirkətlərinin iştirakı ilə “Azərbaycan – neft, qaz və onların hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Energetika Nazirliyindən verilən məlumata görə, Almaniyanın Külək Enerjisi Assosiasiyası, Enerji Agentliyi – DENA, Şərqi Biznes Assosiasiyası və Sənayelər Federasiyasının təmsilçilərinin qatıldığı dəyirmi masada energetika naziri Pərviz Şahbazov çıxış edib.

Almaniyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşı olan Azərbaycanla ticarət dövriyyəsinin ötən il 57% artığını vurğulayan nazir iki ölkə arasındakı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün perspektivlərdən bəhs edib. Bildirilib ki, uzunillik münaqişəyə son qoyulması bölgəyə investisiyaların axını üçün əsas zəruri şərtlərdən olan təhlükəsizliyi tam təmin edib. Xüsusilə, həm azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, həm də ümumən ölkə ərazisində bərpa olunan enerji mənbələrindən geniş istifadə ölkə üçün milli prioritetlərdən biri kimi müəyyənləşib. Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın potensial və məqsədləri ilə Almaniya şirkətlərinin zəngin təcrübə, eləcə də mümkün investisiya imkanlarının vəhdəti enerji əməkdaşlığında yeni səhifə aça bilər.

Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan böyük neft-qaz resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas məqsədlərdən biri bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir: “Hazırda həyata keçirilən iri həcmli günəş, külək enerji layihələrini, bərpa olunan enerjinin quruda 27 min meqavata yaxın, dənizdə isə 157 min meqavatlıq zəngin potensialını, həmçinin Avropaya elektrik enerjinin ixracının artırılmasını təmin edəcək iki yeni xəttin çəkilməsi ilə bağlı planları nəzərə aldıqda deyə bilərik ki, Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmaq perspektivi böyükdür. Bu, həm də Avropanın enerji təminatının “yaşıl enerji” vasitəsilə şaxələndirilməsinə Azərbaycanın növbəti töhfəsini təqdim edir. Bu istiqamətdə uzunmüddətli enerji əməkdaşlığımızda Almaniyadan olan şirkətlər mühüm tərəfdaşlarımız ola bilərlər”.

Tədbirdə enerji sahəsində VPC, “Siemens, “Berlin Wind” və digər alman şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələrindən bəhs olunub. Həmçinin Almaniya Enerji Agentliyi-DENA ilə Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək çərçivəsində 4 pilot layihə təklifinin hazırlanması üzrə məhsuldar əməkdaşlıq edildiyi qeyd edilib. Əməkdaşlığın genişləndirilməsi üçün Almaniya şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib.

Dəyirmi masada şirkətləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, perspektiv layihələr barədə məlumatlar verilib və əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.

Nazir: "Azərbaycanın "yaşıl enerji" dəhlizinin mənbəyi olmaq perspektivi böyükdür"
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

QMİ sədri: “Erməni kilsəsi revanşizm əhval-ruhiyyəsini daha da alovlandırır”

Next Post

Kreml: Rusiya ilə ABŞ arasında dialoqa ehtiyac var

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Kreml sözçüsü Rusiyanın müharibədəki itkiləri barədə şərh verməyib

Kreml: Rusiya ilə ABŞ arasında dialoqa ehtiyac var

Şeyxülislam Ukraynada baş verənlərdən narahatdır

Şeyxülislam Ukraynada baş verənlərdən narahatdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.