Bu gün Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi çərçivəsində münaqişədən sonra reabilitasiya və sülh quruculuğu müzakirə edilib.
Elchi.az xəbər verir ki, müzakirə zamanı ATƏT regionunda gələcəkdə atılacaq addımlar müzakirə olunub.
Müzakirədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Rövşən Sadıqbəyli də iştirak ediblər.








