Cənab Putin və cənab Zelenski ilə danışmaq niyyətindəyəm.
Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, onların hər ikisinə “Məqsədimiz sizi ən qısa zamanda bir araya gətirməkdir” deyəcək.
“Ümüd edirəm, bununla tarixi qərar əldə edəcəyik. Onların görüşünə ev sahibliyi etməyə də hazırıq”
Bundan əlavə, Türkiyə Prezidenti ölkəsi Ukraynanın təhlükəsizliyini təmin etmək üçün qarant ölkələrdən biri ola bilər deyə vurğulayıb.






