Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.
Qeyd olunub ki, tərəflər iki ölkənin nümayəndə heyətlərinin İstanbulda baş tutan görüşünün nəticələrini müzakirə edib.






