Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığının bəzi məqamları aydın olub.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.
Söhbət zamanı Paşinyan Qarabağda Azərbaycan tərəfinin guya sülhməramlıların məsuliyyət zonasında yeni “provokasiyaya” gedə biləcəyini Putinə bildirib.
Paşinyan Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan bölmələrinin sülhməramlı kontingentin məsuliyyət zonasına “daxil olması”nın (Azərbaycan bölmələri dislokasiya yerlərini dəqiqləşdirib – red.) suallar doğurduğunu bildirib və Rusiya prezidentinə məsələyə müsbət münasibətinə görə təşəkkür edib.





