“Minalarla mübarizə sadəcə Azərbaycanın deyil, bütün dünyanın problemidir”.
Bu barədə Bakıda səfərdə olan Türkiyənin İnsani Yardım Vəqfinin (İHH) nümayəndəsi Mehmet Altıntaş jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, problemin miqyasının böyüklüyünə baxmayaraq, minalarla mübarizə dünyada çox az şəkildə dəstəklənir.
“Bildiyiniz kimi, bu gün Kambocada, Bosniya və Herseqovinada, Əfqanıstanda, Suriyada xeyli insan müharibə qurbanıdır, onlar müxtəlif xəsarətlər alıblar. Biz də qürur hissi ilə ANAMA-nın bir çalışmasına qatılmışıq. Belə ki, müharibə zamanı xəsarət almış, minaya düşmüş azərbaycanlı qardaş-bacılarımız üçün protez və ortezlər düzəldirik”, – Mehmet Altıntaş bildirib.






