Rusiya prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Elchi.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Ukraynada xüsusi əməliyyatın gedişatı müzakirə olunub.
Belarus prezidenti Moskvanın fəaliyyətini dəstəklədiyini bildirib.
“Vladimir Putin Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib. Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqlara qiymət verib. Aleksandr Lukaşenko bir daha Rusiya Federasiyasının fəaliyyətini dəstəklədiyini bildirib. Liderlər gələcək təmaslar barədə razılığa gəliblər”, – Kremlin məlumatında qeyd olunub.






